Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:39

Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq


Bakıda yanvarın 20-də bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də saat 08:00-dan mərasim bitənədək Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Parlament prospekti boyunca avtomobillərin parklanmasına yol verilməyəcəyindən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən, əhalidən xahiş edir ki, bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Parlament prospekti vasitəsilə müəyyən istiqamətə hərəkət edənlər alternativ yollardan istifadə etsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG