Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:42

11 ayda 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard dollar olub


Bunu yanvarın 15-də Nazirlər Kabinetində prezidentin sədrliyi ilə keçirilən müşavirədə İqtisadi İnkişaf nazir Şahin Mustafayev deyib.

Nazir həmin müddət ərzində qeyri-neft ixracının 11,2 faiz artdığını, strateji valyuta ehtiyatlarının 46 milyard dollar olduğunu deyib. O, ölkənin valyuta ehtiyatlarının xarici dövlət borcundan təxminən 10 dəfə çox olduğunu vurğulayıb.

«Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22,1 milyard ABŞ dolları olmuş, bundan 13.3 milyard daxili, 8.8 milyard isə xarici investisiya təşkil etmişdir. ...qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində apardığınız sənayeləşmə siyasəti nəticəsində qeyri-neft sənayesində 7,8 faiz illik artıma nail olunmuşdur».

Regionların sosial-iqtisadi inkişafına toxunan nazir ötən il regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsinin fəaliyyətə başladığını, 400-dən çox müəssisəsinin isə tikilməkdə olduğunu bildirib.

Şahin Mustafayev ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verildiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG