Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:10

BMT TƏhlükəsizlik Şurasında terrorçuların sosial şəbəkədən istifadəsindən danışılır


Beynəlxalq terrorçular sosial şəbəkələrdən sakinləri radikallaşdırmaq üçün istifadə edir. Pakistanın Xarici İşlər naziri Hina Rabbani Khar Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında nazirlər səviyyəsindəki müzakirələrdə belə deyib.

Quruma müvəqqəti sədrlik edən Pakistanın tələbiylə keçirilən toplantıda nazir qeyd edib ki, terrorçular sosial şəbəkələr və yeni informasiya texnologiyalarından istifadə edərək vətəndaşları radikallaşdırırlar, özlərinə tərəfdar toplayır, onlara təlimlər keçir, terror aktlarını planlaşdırır və maliyyələşdirirlər. Pakistan rəsmisi bu üzdən terrorla mübarizədə bu amillərin də nəzərə alınması və qarşısının alınmasının vacibliyindən danışıb.
XS
SM
MD
LG