Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:15

İran İnqilabın yubileyi münasibətilə kosmosa meymun göndərir.


İran İnqilabının yubileyi münasibətilə kosmosa meymun göndərir. İranın Kosmik Agentliyinin rəhbəri Hamid Fazeli yerli mediaya deyib ki, İslam İnqilabının 34-cü ildönümü dövründə - fevralın ilk 10 günlüyündə missiya həyata keçiriləcək.

Daha öncə İran kosmosa uğurla siçan və tısbağa göndərdiklərini bildirmişdi. 2011-ci ildə isə ilk dəfə kosmosa canlı meymun göndərmək cəhdi uğursuzluqla bitmişdi.

İndi Fazeli deyir ki, heyvan göndərməklə bağlı sınaqlardan sonra, 2020-ci ildə İranlı kosmonavtın da göndərilməsi nəzərdə tutulur.

Qərb dövlətləri isə İranın kosmik proqram adıyla nüvə başlığı daşıya bilən raketlərin sınaqdan keçiriləcəyindən narahatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG