Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:18

Həbsdəki ictimai fəal sıxışdırıldığını deyir


Rusiyada həbs edilən ictimai fəalı həbsxanada yatmağa qoymurlar. Sibirdəki Anqarsk şəhərində həbsdə olan Leonid Razvozzhayevə baş çəkən vəkil Vyacheslav Ivanets deyir ki, nəzarətçilər Leonidə səhər altıdan axşam 10-a qədər nə oturmağa, nə də uzanmağa icazə verirlər, gecələr yatmağa mane olurlar və mədəsi xəstə olduğu halda həbsxananın mağazasından ərzaq almağa imkan vermirlər.

Leonid Razvozzhayev oktyabr ayında Moskvada keçirilən etiraz aksiyasının təşkili ittihamı ilə həbs edilmişdi. Sonradan onu 15 il əvvəl baş verən silahlı qarətdə də ititham etmişdilər. Fəal isə oğurlandığını və işgəncə altında etmədiyi işi boynuna götürdüyünü bildirib.
XS
SM
MD
LG