Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43

Əli Hüseynli: «Cərimələrin tətbiqi icazəsiz aksiyalarda saxlananların həbsinin qarşısını alır»


-
«Həbslər faktiki olaraq iqtisadi sanksiyalarla əvəz olunub».

Bunu APA-ya müsahibəsində Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Deputata görə, cərimə sanksiyalarının tətbiqi icazəsiz mitinqlərdən və piketlərdən sonra baş verən həbslərin qarşısını almış oldu:

«Dəyişikliklərdən sonra qanun əvvəlkindən daha mütərəqqidir, daha humanistdir və hər iki tərəfdə həbslərlə bağlı yaranan narahatlığı aradan qaldırmış oldu. Elə dəyişikliyi də zəruri edən amillərdən biri bu problem idi. Çünki indiyə qədər icazəsiz piketlərdən, mitinqlərdən sonra az və ya çox müddətə həbslər olurdu ki, bu da problemlər yaradırdı».

Əli Hüseynli gənclərin aksiyadan sonra cərimələrlə bağlı keçirdikləri «5 qəpikdən toplama» aksiyasına da münasibət bildirib:

«Gənclər Azərbaycanın radikal müxalifətinin əvvəllər keçirdiyi aksiyalardan fərqli olaraq, qanuna hörmətlə yanaşırlar, cəriməni ödəmək üçün belə bir aksiya keçirirlər. Formasından asılı olmayaraq, o pulu yığmaq üçün toplaşırlar. Bu, onların qanuna hörmətindən irəli gəlir. Bu da o deməkdir ki, qanunun effektliliyi, profilaktik nəticəsi artıq özünü göstərir. Yəni, gələn dəfə aksiya keçirən zaman artıq onlar bunu razılaşdırmaq barədə düşünəcəklər. Əminəm ki, bizim gənclər məhz bunu edəcəklər».

Günün bütün mövzuları

XS
SM
MD
LG