Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

Pakistan məhkəməsi Baş nazirin həbsinə order verib


Pakistan Ali Məhkəməsi Baş nazir Raja Pervez Ashraf və 15 nəfərin təcili həbsinə qərar verib. Məhkəmə Pervez Ashrafi su və enerji naziri olarkən bəzi tenderlərdə iştirak üçün iş adamlarından rüşvət almaqda günahkar bilib.

Ashraf özü ittihamları qəbul etmir və məhkəmənin qərarını Konstitusiyaya zidd sayır.

Baş nazirin həbsi tələbiylə artıq bir neçə gündür ki, ölkə parlamentinin qarşısında çoxminlik aksiya keçirilir. Aksiyaya Kanadada mühacirətdən qayıdan ruhani lider Muhammad Tahir-ul-Qadri rəhbərlik edir. O istəsə bu hökuməti bir neçə gün içində devirə biləcəyi ilə bağlı xəbərdarlıq etsə də, sonradan tərəfdarlarına nümayişi dinc davam etdirmək tapşırığı vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG