Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:53

Maştağa məzarlığında yer qıtlığı - [Video]


-

«Qəbiristanlıqlarımız dolub. Yenisini salmağa torpaq ayrılmır. Ölülərimizi basdırmaq üçün köhnə qəbirləri sökürük. Nəyə görə biz qəbirlərimizi üst-üstə tikməliyik?», Maştağa sakini Zərifə Hüseynovanın sözləridir.

Kənd qəbiristanlığı dolduğundan maştağalılar ölülərini basdırmağa yer olmadığından şikayətçidir. Bir müddət çıxış yolunu köhnə qəbirləri sökməkdə də görüblər. Dediklərinə görə, daha köhnə qəbir də qalmayıb. Problemlərini dəfələrlə kənd bələdiyyəsinə, icra nümayəndəliyinə çatdırsalar da, hələ cavab yoxdur:

«EVLƏRİMİZLƏ QƏBİRİSTANLIQ İÇ-İÇƏDİR»

«Tələb edirik ki, problemimiz həll olunsun. Bizə torpaq ayrılsın» deyən, Z. Hüseynova həm də qəbiristanlığın yaşayış evlərilə iç-içə olmasından narazıdır: «Yaşayış evləri ilə qəbiristanlıq arasında azı 300 metr məsafə olmalıdır. Bizim kənddəki məsafə heç bir addım da deyil».

«QƏBİRİSTANLIQ ÜÇÜN SU BASMIŞ ƏRAZİ AYRILIB»

Tofiq Məlikov

Tofiq Məlikov

Sakinlərdən Tahir Poladzadə də kənddəki 6 qəbiristanlığın hamısının dolduğundan, müraciətlərin istənilən nəticə vermədiyindən gileylidir: «2005-ci ildə Hacıbala Abutalıbova müraciət etdim. Müraciətdən sonra subtropik sovxoz yolunun üstündə 3 hektar sahə ayrıldı. Ancaq mən torpağı ördək saxlamaq üçün yox, qəbiristanlıq salmaq üçün istəmişdim. Oralar hamısı su basmış ərazilərdir. Ona görə də həmin yerdən imtina etdik».

«BELƏ PROBLEM 2-3 İLƏ YARANA BİLƏR»

Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov deyilənlərin yanlış olduğunu, kənddəki qəbiristanlıqda kifayət qədər yer tapıldığını deyir: «Hazırda qəbiristanlıqda yer qıtlığı yoxdur. Ancaq əhali artır. Haradasa 2-3 ilə belə problem yarana bilər. Onda da yer ayrılacaq».

«Bütün torpaqlarımızı satdılar. Bircə nəfər yerli sakinin, ağsaqqalın sözünə baxılmadı. Məsləhət almadılar. Ona görə də, bu gün qəbiristanlıq torpağı ala bilmirik. Qəbiristanlıqlar dolub, adamlar dərdə dözməyib ölür. Başqa necə deyim? Yer yoxdur, boş yer yoxdur» kənd sakini Tofiq Məlikov belə deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG