Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:51

Ölkənin siyasi mənzərəsi… [Video]


«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev və «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu haqda danışırlar.

-

Ərəstun Oruclu:

«12 yanvar aksiyasından bir neçə saat keçdikdən sonra hökumətin nəzarətində olan saytlarda fikirlər yayılmağa başladı ki, nə bilim, az qala bu aksiyanı hökumət özü təşkil edib, buna görə heç bir güc tətbiq olunmadı. Bu təbliğat hələ aksiyadan əvvəl də gedirdi. Özünü millətçi sayan və bir sıra bu qəbildən olan zümrələrin «Facebook» profilində birbaşa aksiyaya qarşı kampaniya gedirdi. Bu da sifarişli idi. Tutalım ki, bu gün kimsə gedib mandat alıb parlament deyilən qurumda oturubsa, onun təmsil etdiyi təşkilatın üzvlərinin bu cür mövqe ortaya qoymasında qeyri-adi heç nə yoxdur. Yaxud da ki, kimsə daha ağıllı yollarla bu aksiyaları qaralamağa çalışırsa, bu gəncləri sındırmağa çalışırsa, burda da qeyri-adi heç nə yoxdur. Çünki hər bir insan öz əməkhaqqının əvəzini ödəməlidir və bu cür ödəyirlər. Amma artıq bunların hamısı geridə qaldı. Biz yeni bir situasiyanı gördük. Nə idi belə kəskin reaksiyanın səbəbi? 3 gün ərzində gənclər «Facebook» şəbəkəsi vasitəsilə aksiyanı təşkil etdilər. 16 min insan qeydiyyatdan keçmişdi. Bizim dəyərləndirməmizə görə, haradasa azı 4 min nəfər həmin bu aksiyada iştirak etdi. Bunun mütləq əksəriyyəti partiyasız gənclər idi. Hətta bir çoxları siyasiləşməmiş gənclər idi. Bu, gəncliyin bir etirazı idi. Bu etiraz o səbəbdən baş verdi ki, proses gəldi yetişdi. Bəzi hakimiyyət nümayəndələri əsgər ölümü ilə bağlı məsuliyyətsiz, piar xarakterli açıqlamalar verirlər. Təsəvvür edin. Tənha ananın atasız böyümüş yeganə övladının ön cəbhəyə aparılması bəs deyilmiş kimi, hətta həmin uşaq müəmmalı şəkildə ölür. Rəsmi versiyaya görə, ürək çatışmazlığından. Mən buna inanmıram. O video yayılanda, həmin videoya sutka ərzində 150 mindən çox adam baxdı. Bu, artıq cəmiyyətin etirazı idi».

Mehman Əliyev:

«Bundan öncə baş verən ölümlərə cəmiyyətin laqeydliyi olsa da, etiraz indi baş verdi. Maraqlısı odur ki, bu məsələyə təkcə cəmiyyətin deyil, hakimiyyətin reaksiyası da fərqli oldu. Bundan əvvəlki hadisələrdə heç vaxt komandir üzr istəməmişdi. Amma Rövşən Ələkbərov dedi ki, mən çox xəcalət çəkirəm. Töhmətlər, işdən çıxarmaq, rütbə aşağı salmaq və s. Səbəb odur ki, hakimiyyət bu etirazdan qorxur. Onlar «Facebook»u, cəmiyyəti izləyirlər və başa düşdülər ki, burda tamam başqa bir vəziyyət yaranıb. Prezident təcili surətdə iş başına qayıtdı. Bütün bunlar o qorxunun göstəricisi idi. Ona görə də, deputatlar, YAP üzvləri başladılar bu hadisəni, ordunu tənqid etməyə. Hakimiyyət başa düşdü ki, çox ciddi bir problem yaranır. Ancaq bunların daha bir alçaq hərəkəti oldu. Əsgərin anasına təzyiq etdilər ki, çıxsın desin ki, mənim övladımın qanını yerdə qoyun..».

Şərhləri göstər

XS
SM
MD
LG