Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:48

Gəncədə 1145 nəfər qanunsuz olaraq mavi yanacaqdan istifadə edib


Bu barədə Gəncə şəhər Qaz İstismarı İdarəsinin satış şöbəsinin müdiri Səbuhi Əliyev məlumat verib. Onun sözlərinə görə, yanacaq oğurluğu nəticəsində 2 milyon 136 min, 842 kub yanacaq sərfiyyatı olub.

«Sözügedən yanacaq sərfiyyatı əsasən son 2 ay ərzində qeydə alınıb. Yanacaq oğurlayanlar əsasən mexaniki sayğacdan istifadə edənlərdir. SMART sayğaclara müdaxilə etmək mümükün deyil».

Satış şöbəsinin müdirinin sözlərinə görə, oğurlanan yanacaq təxminən 231 min 684 manat məbləğindədir.

Səbuhi Əliyev əlavə edir ki, qaz oğurluğunun qarşısını almaq məqsədilə bütün mexaniki sayğaclar SMART sayğaclarla əvəzlənəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG