Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:17

Gəncədə 67 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb


Bu barədə Narkotiklərlə Baş Mübarizə İdarəsinin Gəncə Regional şöbəsinin polkovnik-leytenantı Rafael İsmayılov məlumat verib.

Onun sözlərinə görə, 2012-ci il ərzində dövriyyədən 66 kiloqram 585 qram narkotik maddə dövriyyədən çıxarılıb. Onlardan cəmi 1 kiloqrama yaxını heroin olub. Əldə olunan narkotik maddənin əksəriyyətini marixuana təşkil edib.

Rafael İsmayılov deyir ki, aparılan əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin satışı və istifadəsi ilə məşğul olan 16 nəfər saxlanılıb və müvafiq cinayət məsuliyyətinə cəlb edilib.

R. İsmayılov əlavə edir ki, ötən il ərzində 70 ton çətənə kolları aşkarlanaraq məhv edilib.

Əvvəlki illə müqayisədə ötən il 6 kiloqram daha çox narkotik maddə dövriyyədən çıxarılıb.
XS
SM
MD
LG