Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

«Lənkəran olayı İsa Qəmbəri real namizəd göstərmək cəhdidir»


Mətbuat icmalı
Mətbuat icmalı
-

ƏSGƏRİ İFLİC EDİB EVİNƏ GÖNDƏRDİLƏR?

«Azadlıq» qəzeti Salyanın Yenikənd kəndində yaşayan Cəlilovlar ailəsinin 2010-cu ildə hərbi xidmətə göndərdiyi böyük oğlundan - Davud Cəlildən yazıb. Ailə bildirib ki, hərbi xidmətin ilk 11 ayı Davud üçün normal keçsə də, məzuniyyətdən qayıdandan sonra vəziyyət dəyişib:

«Mənə dedilər ki, komandir Davudu qışda soyuq suyla hamamda yuyunmağa məcbur edib. Bundan sonra onu 3 nəfərin yerinə «karaula» çıxardıb. Davud 6 saat soyuqda «naryad»ını edib. Bundan sonra o «minningit» olub». İndi Davudun sağ tərəfi tamam iflic vəziyyətdədir. Nə görür, nə də danışır. Yalnız anasının səsindən onu tanıyır. Valideynləri deyir ki, hər yerə şikayət ediblər, ancaq onlara kömək edən yoxdur.

ORDU SİYASİ MƏQSƏDLƏR ÜÇÜN VASİTƏ OLA BİLMƏZ

«Azərbaycan» qəzeti yazır ki, xarici antiazərbaycançı dairələrin təsiri altında olan qüvvələr şəxsi ambisiyaları uğrunda mübarizə apararaq milli maraqları satmaqla məşğuldurlar.

«Azərbaycan Ordusunda bir nəfər əsgərin ölümü ilə bağlı məsələyə də özünəməxsus tərzdə münasibət bildirən bu qaragüruhçu qüvvələr baş vermiş hadisəni siyasi təbliğat vasitəsinə çevirmək niyyəti güdürlər. Hər bir məsələdən siyasi divident götürməyə cəhd edən qaragüruhçu qrupun belə bir mövqeyi yalnız ikrah hissi doğurur. Həmin destruktiv dairələrin milli dəyərlərimizə, məfkurə və düşüncə sisteminə, mentalitetinə zidd olan ikrah doğurucu təbliğatına qarşı hər bir cəmiyyət üzvü barışmaz mövqe tutmalıdır».

«LƏNKƏRAN OLAYI İSA QƏMBƏRİ REAL NAMİZƏD GÖSTƏRMƏK CƏHDİDİR»

Bunu «Bizim yol» qəzetinə politoloq Zərdüşt Əlizadə deyib. Zərdüşt Əlizadə bildirib ki, «ancaq ciddi düşünmək lazımdır. Maliyyə resursları, komandası, potensialı olmayan lap nümunəvi namizəd kimi göstərilsə belə o, heç zaman ciddi rəqib ola bilməz». «Siz hakimiyyətin oktyabr seçkilərində qələbəsini təmin etdiyini düşünürsünüz» sualına belə cavab verib: «Gəlin düşünək, mağazada 50 minlik avtomobili satışa çıxarıblar. Sənin də 50 min manatın cibindədir. Mənim isə 15 manatım var. Və sən avtomobili almağa gedirsən. Mənim maşını almaq şansım çoxdur, yoxsa sənin?».

FƏRHAD ƏLİYEVİN ADI ƏFV SİYAHISINA NİYƏ DÜŞMƏYİB?

«Fərhad Əliyevin adı əfvə düşənlərin sırasında olmalı idi, ancaq bizim gözləntilərimizə baxmayaraq, o, əfv olunmadı. Baxmayaraq ki, Fərhad Əliyevin günahsızlığı Avropa İnsan Haqları Məhkəməsinin 2 il əvvəl qəbul etdiyi qərarda da əksini tapıb. Lakin bu müddətdə həmin qərara əməl olunmayıb».

Bu sözləri Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Cəmil Həsənli «Yeni Müsavat»a deyib. «Çünki qərarda çox açıq şəkildə yazılır ki, Fərhad Əliyevin həbsi qanunsuz xarakter daşıyır. Ancaq bu qərara əməl olunmayıb. Bundan sonra da Azərbaycan Konstitusiyanın, Azərbaycan qanunlarının və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların verdiyi hüquqlar əsasında onun azad olunması istiqamətində iş davam etdirilir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG