Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:03

Pakistan paytaxtına əlavə polis qüvvələri yeridilib


İslamabadda yürüş

İslamabadda yürüş

-

Pakistan paytaxtında polis etiraz yürüşçülərinə qarşı göz yaşardıcı qazdan istifadə edib, havaya atəş açıb. İslamabaddakı toqquşma etirazçıların polisə daş atmasından sonra başlayıb. Ümumilikdə isə aksiya dinc xarakter daşıyır.

İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərin mərkəzinə əlavə polis qüvvəsi yeridilib.

Minlərlə nümayişçini birləşdirən yürüşə islam ruhanisi Tahir-ul-Qadri başçılıq edir. Qadri parlament seçkilərinə qədər islahatlara və hökumətin istefasına çağırır. Hökumət isə Qadri-ni seçkiləri pozmağa cəhddə ittiham edir.

O, İslamabadda tərəfdarlarına bildirib ki, bir neçə saata hökuməti yıxa bilərlər, əgər bu yolu seçsələr.

Onun minlərlə tərəfdarı bazar günü Lahoru tərk edib və ötən gün axşam İslamabada çatıblar.

İslam ruhanisi bir neçə il Kanadada yaşayandan sonra ötən ilin dekabrında Pakistana qayıdıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG