Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:10

Obama silahlara nəzarəti gücləndirməyə, yeni qanunvericiliyə çağırır


ABŞ prezidenti Barack Obama mətbuat konfransında deyib ki, ictimai təhlükəsizliyi yaxşılaşdırmaq üçün silah alanın keçmişinə ciddi şəkildə baxmaq, qırğın silahlarına qadağa məntiqli addımlar olardı.

O deyib ki, silahlara nəzarət qanunvericiliyi planlaşdırır və Konqress belə qanunları
nəzərdən keçirəndə bunların nəticələrinə baxmalıdır.

Ümumi fikrə görə, silahlara nəzarətdə istənilən yeni qanun Konqresin sərt müqaviməti ilə qarşılaşacaq.

Obama mətbuat konfransında federal borc limiti probleminə də toxunub. O, konqresdəki respublikaçıları ittiham edib ki, güzəştə getmək istəmirlər.
XS
SM
MD
LG