Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55

"Schindlerin siyahısı"nın ən gənc üzvü olmuş Leon Leyson vəfat edib


Leon Leyson Kaliforniyada 83 yaşında vəfat edib. O, “Schindlerin siyahısı”nda – Oskar Schindlerin ölümdən xilas etdiyi 1100 yəhudidən ən gənci idi.

1939-cu ildə Almaniya Polşaya hücum edəndə Leyson 10 yaşında idi. Onun iki qardaşı Holokost vaxtı həlak olub, ancaq onun özünü Oskar Schindler öz himayəsinə götürüb, onu özünün fabrikində işə götürüb.
“Balaca Leyson” ləqəbi verilən Leyson o qədər balaca imiş ki, fabrikdə maşında işləmək üçün ayağınının altına qutu qoyurmuş.

1993-cü ildə Spielbergin “Schindlerin siyahısı” filmi çıxana qədər Leyson bu barədə nadir hallarda danışarmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG