Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06
-

Azərbaycanda insanların yalnız 15 faizinin evdən İnternetə qoşulmaq imkanı var.

Bu, Amerikanın “Gullap” sorğu təşkilatının apaşdırmasının nəticəsidir. 148 ölkədə aparılmış sorğuya görə,

Azərbaycan bu nəticəylə siyahının xeyli aşağılarında qərarlaşıb

Azərbaycandan sonra siyahıda Honduras, Qvatemala, Nikaraqua, Anqola gəlir.

“Gullap” sorğunu 2011-ci ildə aparıb.

Təşkilat hesab edir ki, evdən İnternetə qoşulma imkanı bir neçə cəhətdən vacib məsələ sayıla bilər. Əvvəla, tələbələr bu yolla dərslərinə hazırlaşır, onlara lazım olan ədəbiyyata çıxış əldə edirlər. Bundan başqa bu, insanların sosial şəbəkələr vasitəsilə xəbər almaq, bir-birilə ünsiyyət qurması baxımından önəmlidir.

Sorğunun nəticələrinə görə, qonşu ölkələrdə vəziyyət Azərbaycandan xeyli yaxşıdır.

Rusiyada əhalinin 51 faizinin evdən İnternetə çıxışı var.

Türkiyədə bu rəqəm 40%, Internetə ciddi məhdudiyyətlər qoymuş avtoritar rejimli İranda isə 38%-dir.

Ermənistanda da vəziyyət Azərbaycandan yaxşıdır (33 faiz).

Iran -- Ana ev kompüterindən Piştaz məktəbində oxuyan qızına baxır. Tehran, 2011

Iran -- Ana ev kompüterindən Piştaz məktəbində oxuyan qızına baxır. Tehran, 2011

Gürcüstanda isə bu göstərici 29%-dir.

Başqa post-sovet ölkələrindən - Belorusda evdən İnternetə qoşulmaq imkanları 50%, Moldovada 42%, Ukraynada isə 40%-dir.

Evdən İnternetə çıxış imkanlarının ən yüksək olduğu ölkələr:
İsveç (93%),
Sinqapur (93%),
Danimarka (92%),
Hollandiya (91%),
Yeni Zellandiya (89%),
Avstraliya (89%),
Kanada (87%),
Tayvan (87%)
və s.

ABŞ siyahıda 22-ci (80%), Almaniya isə 25-cidir (77%).

Bu sahədə ən pis nəticə əsasən Afrika ölkələrindəndir

Burundi, Mali və Madaqaskar kimi ölkələrdə evdən İnternetə qoşulmaq imkanı 1 %-dən də aşağıdır.

148 ölkədən gələn nəticələri bir yerə toplayanda ümumilikdə dünyada hər 3 nəfərdən birinin evdən İnternetə çıxışı olduğu aydınlaşıb.

Gullap-a görə, əgər 2009-cu ildə dünya əhalisinin 25 faizinin evdən İnternetə daxil olmaq imkanı var idisə, 2011-ci ildə bu rəqəm 32 faiz olub.

Sorğunun nəticələri hər ölkədən azı 1000 nəfərlə telefon, yaxud üzbəüz müsahibəyə əsaslanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG