Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:10
-
Dekabrın 31-i rayon avtovağzalı yaxınlığında dayanıb bayram şənliyi keçirənlərə tamaşa edirdim. Polis işçiləri yaxınlaşıb maşının bir təkərini niyə səkiyə çıxardığımı soruşdular. Onların arasında olan Bəxtiyar Həşimov qolumdan yapışıb «sən qoçu çıxmısan ki, bizim qabağımızda təkəri səkiyə qaldırırsan?» dedi. Məni adamların gözü qarşısında küçə söyüşləri ilə təhqir etdi, sonra da şillələyib zorla polis maşınına mindirdi».

Göyçay sakini Kamran Miriyev bunları «Qaynar xətt»imizə danışıb. O deyir ki, iki həftədir onu şillələmiş polis kapitanı Bəxtiyar Həşimovun cəzalandırılmasına nail ola bilmir:

«102-yə şikayət etmişdim. Sabahı gün həmin polis işçisi mənə dedi ki, məndən 102-yə şikayət etməklə nəyə nail oldun ki? Sənin ağırlığında pulum var. Mənə nə edə biləcəksən?».

Kamran Miriyevin fikrincə, Göyçayda polis özbaşınalığı həddini aşıb:

«Adamların ürəyində xof yaradırlar. Özlərini elə aparırlar ki, adamlar onlardan qorxsun».

«AVTOŞ»LAR TOPLAŞACAQLARMIŞ

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, dekabrın 31-də Dövlət Yol Polisinin Göyçay bölməsinin baş inspektoru Bəxtiyar Həşimov rayon avtovağzalı ərazisində xidmətdə olub. Səkidə saxlanılan 10-HS-167 dövlət nömrə nişanlı «VAZ-2107» markalı avtomobil polis əməkdaşlarının diqqətini çəkib:
Orxan Mansurzadə

Orxan Mansurzadə


«Polisə məlumat daxil olub ki, dekabrın 31-də axşam qonşu rayonlardan Göyçayın mərkəzinə «avtoş»lar toplaşacaq və avtovağzala yaxın ərazidə yarışacaqlar. Ona görə də, avtovağzal ərazisi polis tərəfindən nəzarətə götürülüb. Həmin «VAZ-2107»nin diqqət çəkməsinə səbəb maşında avtoxuliqanların idarə etdikləri nəqliyyat vasitələrinə xas, qanunsuz olaraq əlavə avadanlıqların quraşdırılması olub. Sürücünün kimliyini aydınlaşdıranda, Kamran Miriyev deyib ki, maşın mənimdir. Avtomobilə aid heç bir sənəd təqdim edə bilməyib. Çünki «avtoş» tay-tuşları kimi, o da belə əlavə avadanlıq quraşdırılmış maşınları adətən müvafiq sənədsiz idarə edir. Nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, üzərindəki əlavə qurğular sökülüb. Kamran Miriyev isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimələnib. Yanvarın 1-də maşındakı qanunsuz quraşdırılmış qurğu söküldükdən sonra «VAZ-2107» markalı avtomobil sahibinə təhvil verilib».

Orxan Mansurzadə deyir ki, Kamran Miriyevin polis əməkdaşı tərəfindən döyülməsi ilə bağlı müxtəlif instansiyalara yazdığı şikayətlər araşdırılıb. Şikayətlər böhtan xarakterli olduğuna görə təsdiqini tapmayıb.

«Nə vaxta qədər polis bizi şillələyəcək və cəzasız qalacaq» deyən Göyçay sakini isə polis kapitanından rayon prokurorluğuna şikayət edib. Şikayətinə rayon prokurorluğunda da baxılmasa, Baş Prokurorluğa müraciət edəcəyini deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG