Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:33

HRW Suriyanın hökumət qoşunlarını kaset bombalarından istifadədə ittiham edir


Human Rights Watch insan haqları təşkilatı Suriya hökumətini kaset bombalarından istifadə etməkdə ittiham edib.
Təşkilat bildirir ki, hökumət qoşunları kaset bombalarını Qrad raketləri ilə İdlib şəhərinə atıblar.

HRW ilk dəfədir ki, Suriya hökumətini kaset bombalarından sitifadədə ittiham edir.
Təşkilat öz iddiasına sübut kimi şahid ifadələrini, video və şəkilləri göstərir.
Kaset bombaları dərhal partlamır, onlar torpaqda qalır və ona toxunan olanda partlayır.
111 ölkənin imzaladığı beynəlxalq konvensiya kaset bombalarını qadağan edir.
XS
SM
MD
LG