Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:17

Karzai ABŞ əsgərlərinə məhkəmə toxunulmazlığı təklifini rədd edib


Əfqanıstan prezidenti Hamid Karzai deyib ki, 2014-cü ildən sonra Əfqanıstanda qalacaq ABŞ əsgərlərinin toxunulmazlığı haqda qərar 8-9 aydan sonra veriləcək.

Karzai Kabildə mətbuat konfransında deyib ki, bu haqda ABŞ-ın ilkin təklifini Əfqanıstan rədd edib.
Danışıqların ikinci mərhələsi Kabildə keçiriləcək.

ABŞ prezidenti Obama hesab edir ki, Əfqanıstanda cinayət törətmiş ABŞ hərbçilərini Əfqanıstan yox, ABŞ-ın hərbi məhkəmələri mühakimə etməlidir. O bildirib ki, əgər Əfqanıstan ABŞ hərbçilərinə Əfqanıstan məhkəmələrindən toxunulmazlıq verməsə, ABŞ öz hərbçilərini Əfqanıstanda saxlamayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG