Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

«Həmsədrlərə bildirmişik ki, suriyalı ermənilərin Dağlıq Qarabağa köçürülməsi qanunsuz addımdır»


Elmar Məmmədyarov

Elmar Məmmədyarov

-

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov suriyalı ermənilərin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsi ilə bağlı suala münasibət bildirib.

APA-nın məlumatına görə, XİN başçısı bu məsələnin gündəmdə saxlandığını deyib:

«Bu məsələ ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb. Biz qeyd etmişik ki, bu, qanunsuz addımdır. Köçürülənlərin sayı çox olmaya bilər, amma biz istənilən halda bu məsələni diqqətdə saxlayırıq».

Nazir yanvarın 28-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini də bildirib. Həmin gün Ermənistan xarici işlər naziri ilə də görüş baş tuta bilər:

«Görüşün formatı hələ müəyyən olunmayıb, ancaq belə bir təklif var ki, görüş fevralın 28-də keçirilsin».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG