Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:09

Sulu qar və qar yağacaq


Yanvarın 15-i Azərbaycan ərazisində yenidən hava nisbətən pisləşəcək, sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında isə yanvarın 14-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir. Dağlarda isə gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
XS
SM
MD
LG