Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:50
Pakistanda dini xadim və onun minlərlə tərəfdarı Lahor şəhərində yürüşə çıxaraq köklü seçki islahatları aparılmasını tələb ediblər.

Hökuməti korrupsiyada günahlandıran tanınmış dini xadim Tahir ul Qadri bu ilin yazında keçiriləcək milli seçkilərdə vacib islahatlar aparılmasını tələb edir.

Lahordan başlayan yürüşə 7 minədək adam qoşulub.

Bazar ertəsi paytaxt İslamabadda mitinqə çevriləcək yürüşə 15 minədək adamın iştirakı gözlənilir.

Pakistan hökuməti ötən ay Kanadadan qayıdan Qadrini seçkiləri pozmağa cəhddə ittiham edir.
O bir neçə il idi ki, Kanadada yaşayırdı.

Qadri ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG