Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:56
Qahirə məhkəməsi ömürlük həbsə məhkum edilmiş keçmiş prezident Hosni Mubarakın işinə yenidən baxılması barədə qərar qəbul edib.

Qərar vəkillərin apellyasiya şikayətinə baxılarkən qəbul edilib.

Mubarak onun devrilməsi ilə nəticələnmiş nümayişlər dağıdılarkən yüzlərlə adamın öldürülməsinə görə həbs edilib.

Məhkəmə bu işlə bağlı ömürlük həbsə məhkum edilmiş keçmiş daxili işlər naziri Habib al Adlinin də işinə yenidən baxılması barədə qərar qəbul edib.

Mubarak devrilənədək 30 il hakimiyyətdə olub.

Hazırda onun 2 oğluda korrupsiya ittihamı ilə məhkəməyə cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG