Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:01

Moskvada «Əclaflara qarşı yürüş» keçirilib -[Video]


---
-
Moskvanın «Strasnı» bulvarıda «Əclaflara qarşı yürüş» başlanıb.

Məqsəd yetim uşaqların ABŞ vətəndaşlarına övladlığa verilməsini qadağan edən qanuna etiraz bildirməkdir.

Təşkilatçılar aksiyaçılara Dövlət Dumasının buraxılmasına səs vermək üçün bülletenlər paylayıblar.

Aksiyanın keçirildiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib,«Strasnı» bulvarına 20 polis maşını gətirilib.

Moskva hakimiyyəti ilə əldə edilmiş razılığa əsasən yürüşdə 20 min adam iştirak edib.
Həmçinin ölkənin digər şəhərlərində eyni tələblə aksiyalar keçirilib.

Yanvarın 1-dən Rusiyada ABŞ-ın «Magnitsky aktı» na qarşı qəbul edilmiş qanun qüvvəyə minib.

Bu qanun rusiyalı uşaqların amerikalılara övladlığa verilməsini qadağan edir.

ABŞ-ın bundan əvvəl Rusiyaya qarşı qəbul etdiyi «Magnitsky aktı»nda isə Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı sankisyalar nəzərdə tutulur.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.

Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG