Keçid linkləri

Təcili xəbərlər

«Bundan sonra əsgər ölümlərinə yol verməzlər, ümid edək»


12 yanvar "Əsgər ölümünə son!" etiraz aksiyasının görüntüləri - əvvəldən sona kimi
Gözlə

No media source currently available

0:00 0:05:04 0:00

12 yanvar "Əsgər ölümünə son!" etiraz aksiyasının görüntüləri - əvvəldən sona kimi

-
Ötən həftə bloqlarda əsgər ölümləriylə bağlı yazılar yazılıb.

İlqar Məmmədov öz bloqunda əsgər Ceyhun Qubatovun ölümündən yazıb:
«Orduda döyüşdən kənar, məişət səbəbli əsgər ölümlərinə bu gün küçədə etiraz etdik. Ötən il 77 əsgərimiz, bu il isə artıq ikisi həyatını belə itirmişdi. Etiraza birbaşa səbəb Ceyhun Qubatov adlı 3 ay xidmət etmiş əsgərin döyülərək öldürülməsi oldu – hansını ki, ordu həkimləri «ürək çatışmazlığı» kimi təqdim etmək istəyirdilər. Amma yayılmış foto və video materiallar bunun yalan olduğunu ifşa etdi».
İlqar Məmmədov davam edərək bunları yazır:
«Məncə üç nəfər dərhal həbs edilməlidir, bir nəfər istefaya göndərilməlidir, o da dərhal. 1) əsgərin ölümü haqqında tibbi sənədi imzalayan, 2) əsgəri döymüş şəxs, 3) əsgərin birbaşa komandiri. Müdafiə naziri Səfər Əbiyev isə siyasi məsuliyyət daşıyıcısı kimi vəzifəsindən çıxarılmalıdır.
Amma heç olmasa bundan sonra əsgər ölümlərinə yol verməsələr, bu da uğurumuz olar».
GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN 12 YANVAR
12 yanvar aksiyası
12 yanvar aksiyası
Ərəstun Oruclu bloqunda yazır ki, «12 yanvar aksiyası hazırlananda onun necə alınacağını, hakimiyyətin hansı şəkildə müdaxilələr edəcəyini, necə işıqlandırılacağını, onun ictimai rəydə necə qarşılanacağını nəzərdən keçirirdik. Bizə müraciət edən gənclərə isə əsas tövsiyəmiz zorakılığa rəvac verməmək, gənclərin döyülməsindən qaçmaq idi. Baxmayaraq ki, bölüşə biləcəyimiz daha çox bilgilər vardı, amma bunların hazırlıq prosesinə heç bir aidiyyatı yox idi. Ona görə yox ki, kütləvi aksiya təşkil etdikdə istəsən belə hər kiçik detalı nəzərə ala bilməzsən, o da ola 3 gün ərzində, özü də üstəlik «Facebook» üzərindən».
Ərəstun Oruclu yazır ki, bir sıra şəxslər iddia edirlər ki, hakimiyyətin aksiyaya kobud müdaxilə etməməsinin əsas səbəbi 12 yanvar aksiyasının hakimiyyət lazım olması idi.
ƏSGƏRİN POSTU
Turan Qafqazlı öz bloqunda yazır ki, hərbi xidmətimi döyüş bölgələrinə yaxın postlarda keçirən əsgər kimi gənc əsgərin ölüm səbəbini özüm üçün araşdırmağa başladım: «Əsgər üç ay hərbi hissədə qaldıqdan sonra təyin olunmuş döyüş zonasına yaxın olan posta göndərilir. Burdakı qayda-qanunlar isə post böyüyü tərəfindən qoyulur. Bura gələn təzə əsgər üçün post çox darıxdırıcı, həm də üzücü olur. Burda pul əldə etməyin ən rahat yolu hansısa bir komandirə və yaxud gizirə yaxınlaşıb ailəsi ilə telefonla danışıb əvəzində 10 manatlıq kontur yükləməkdir. Bir qaydaya görə, burda 10 manatlıq danışıq kartı üçün zabit əsgərə 6, 7 manat ödəyir. Əksər hallarda əsgərlər çavuş və zabitlər tərəfindən təzyiqlərə məruz qaldıqları üçün bunu etməli olurlar».
XS
SM
MD
LG