Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:31

Eftanaziya yolu ilə həyatlarına son verilən əkizlər


-
Dünyada ilk dəfə tək yumurta əkizləri bir yerdə eftanaziya yolu ilə həyatlarına son verib.
Doğulandan kar olan 45 yaşındakı əkiz qardaşların kor olma təhlükəsi artanda onlar ölməyi üstün tutublar. Qardaşlar Belçikanın Anvers şəhəri ətrafında yaşayırdılar. Onların öz istəkləri ilə eyni vaxtda ölümü seçmələri dünyada ilk hadisə kimi qeydə alınıb.
Həkimlər onlara tezliklə gözlərində meydana gələn problem nəticəsində kor olacaqları diaqnozu qoyub.
Həyatları boyunca bir-birindən ayrılmayan əkiz qardaşlar eyni otaqda yaşayırmışlar. Hər ikisi eyni təhsil alıb ayaqqabı ustası olmuşdular. Hər ikisinin kar olması bir-birləri ilə ünsiyyət qurmalarına mane olmayıb. Ən yaxşı ünsiyyəti isə gözləri ilə qururmuşlar.
Həkimlərin diaqnozundan sonra bir-birlərini görməkdən məhrum olacaqlarını bilən əkiz qardaşlar ölməyi üstün tutublar.
XS
SM
MD
LG