Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:05

Gürcüstanda məhbuslar buraxılır


Foto arxiv
Foto arxiv
Gürcüstanda yeni amnistiya çərçivəsində məhbusların azad edilməsinə başlanıb.
Bu gün parlamentin siyasi məhbus kimi tanıdığı 190-dan çox məhbusun artıq azadlığa çıxdığı bildirilir.

İnterfax-ın məlumatına görə, Rusiyaya casusluq ittihamı ilə yatan Ruben Shikoyan,Tariel Abashidze, Gela Kakabadze və Vyacheslav Plujnikov da onların arasındadır.
Həmçinin 2005-2011-ci illərdə keçirilən etiraz aksiyalarına görə həbs edilmiş müxalifət fəallarının azadlığa çıxdığı xəbər verilir.

Prezident Mikhaeil Saakashvili qanuna veto qoysa da yanvarın 12-də parlament sədrinin imzasından sonra sənəd qüvvəyə minib.

Bundan əvvəl-dekabrın 28-də parlament prezidentin vetosunu ləğv edib.
XS
SM
MD
LG