Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:41

Fransa prezidenti Mali üsyançılarının ağır itkilər verdiyini deyir


FRansa prezidenti Francois Hollande
FRansa prezidenti Francois Hollande
Fransa prezidenti Francois Hollande Fransa təyyarələrinin Malidə keçirdiyi əməliyyat nəticəsində üsyançıların ağır itkilər verdiyini deyir.

O qeyd edib ki, məqsəd, üsyançıların zəbt etdiyi əraziləri qaytarmaq üçün bu ölkədə Afrika qüvvələri yerləşdirilməsinə şərait yaratmaqdır.

Hazırda Malinin paytaxtı Bamakoda yüzlərlə Fransa əsgəri yerləşdirilib.
Bu əməliyyata görə Fransada təhlükəsizlik tədbirləri gücləndirilib.

BMT-nin təhlükəsizlik şurası, Avropa Birliyi və ABŞ Fransanın Maliyə müdaxiləsini dəstəkləyir.
Təhlükəsizlik şurası sabitliyi, qayda-qanunu bərpa etmək üçün Maliyə Afrika Birliyi ölkələrindən 3300 hərbçi göndərilməsi barədə qətnamə qəbul edib.

Ötən ilin martında Malidə baş vermiş hərbi çevrilişdən sonra ölkədə qeyri-sabirlik yaranıb və bundan istifadə edən islamçılar və tuareq üsyançıları ölkənin dənizə çıxan şimal ərazisini zəbt ediblər.
XS
SM
MD
LG