Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:51

«Ata-ana! Eşqin havası məni Məcnun edəcəkdir!»


-
AzadlıqRadiosunun «İz» proqramının bu buraxılışı Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasına həsr olunub.

Düz 105 il öncə yanvarın 12-də, şənbə günü çar Rusiyasının neft qoxuyan ucqarında bəlkə də, bir möcüzə baş verdi. Bakıda Tağıyev teatrında qədimdən-qədim bir sevgi dastanı səhnəyə qoyuldu. Təkcə Azərbaycanın deyil, müsəlman Şərqinin ilk operası doğuldu.

--İlk Azərbaycan operası necə yarandı?
--Mövzu nədən qədim Şərq əfsanəsi götürüldü?
--Bakıda ilk operanın yaranışı necə qarşılandı? Opera Bakının yalnız mədəni həyatına rəng qatdı, yoxsa olay daha geniş əks-səda doğurdu?
--O dövrün qəzetləri nə yazırdılar?
--«Hələ ki, musiqi meydanında avropalılarla birgə at yürütməyə haqqımız yoxdur!» --deyənlər niyə haqsız çıxdılar?
--İlk Azərbaycan operasının yaranmasında iştirak etmiş Ceyhun bəy Hacıbəyli Parisdəki uzun mühacirət illərində operanı necə xatırlayırdı?
--1908-ci ildən bəri Leyli və Məcnun rollarının ifaları kimlər olub?

Bu sualların cavabı sabah—yanvarın 13-də saat 23-də efirə gedən «İz» proqramında .


105 yaşlı «möcüzə»nin izini itirməyin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG