Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Bakıda yeni metro stansiyaları açılacaq


Bakı "Azadlıg prospekti" metro stansiyası

Bakı "Azadlıg prospekti" metro stansiyası

Bakı Metropoliteni yeni xətdə iki yeni stansiyasının inşasına hazırlıq işlərini yekunlaşdırıb.
Bu barədə şənbə günü Trend-ə Bakı Metropolitenindən bildiriblər.

Stransiyalardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksi, ikincisi isə Xarici İşlər Nazirliyi və Qış bulvarının yaxınlığında olacaq.
Yeni xəttin yaradılması çərçivəsində başqa stansiyaların tikintisi də aparılır. "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının tikintisi artıq başlanıb.

Bundan başqa əvvəllər Papanin adlandırılan Ceyhun Səlimov küçəsindəki hərbi hospitalın qarşısında olacaq stansiyanın inşası ilə bağlı hazırlıq işləri artıq yekunlaşdırılıb.

Yeni xətti "Herrenknext" və "Robbins" tunelqazma kompleksləri çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG