Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:17

Pakistan şiələri etiraz aksiyasına çıxıb


Pakistanda minə yaxın şiə müsəlmanı ölkənin cənub-qərbində maşın yolunu bağlayaraq təhlükəsizliklərinə təminat verilməsini tələb edirlər.

Onlar yolu cümə axşamı Kvetta şəhərində törədilmiş partlayış nəticəsində ələn qohumlarının tabutları ilə bağlayıb.
Məlumatlara görə yola 50-ə yaxın tabut düzülüb.

Bilyard klubunun ətrafında törədilmiş 2 partlayışda ümumilikdə 80-dən çox adam ölüb.
Onların arasında birtinci partlayışdan sonra hadisə yüerinə gələn polis əməkdaşları, xilasedicilər və jurnalistlər də var.

Partlayışa görə cavabdehliyi “Laşkari Canqvi” adlı radikal sünni qrupu üzərinə götürüb.
XS
SM
MD
LG