Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:07

Əfqanıstan ordusu yazdan aparıcı rol oynayacaq


Bu ilin yazından Əfqanıstanda bütün hərbi əməliyyatlara komandanlıq yerli qüvvələrə keçəcək.

Cümə günü Vaşinqtonda ABŞ və Əfqanıstan prezidentləri arasında əldə olunmuş raqzılaşmaya əsasən Əfqanıstandakı ABŞ əsgərləri artıq yazdan yalnız yerli qüvvələrə təlim keçməklə məşğul olacaqlar.

Barack Obama görüşdən sonra Hamid Karzai ilə keçirdiyi birgə mətbuat konfransında həmçinin deyib ki, yaxın vaxtlarda Pentaqonla ABŞ ordusunun Əfqanıstandan çıxarılmasının tezləşdirilməsini müzakirə edəcək.

Tərəflər arasında əldə edilimiş ilkin razılaşmaya görə, koalisiya qüvvələri 2014-cü ilin sonunadək Əfqanıstandan çıxarılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG