Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:42
Malidə fövqəladə vəziyyət rejimi elan edilib.

Ölkənin şimalında yaraqlılarla mübarizəyə Fransa ordusu da qoşulub və artıq Fransa təyyarələrinin yaraqlıların mövqelərini bombaladığı bildirilir.
Məlumatlara görə yaraqlılar Kona şəhərindən çıxarılıb.

Mali bundan əvvəl yaraqlılarla mübarizə aparmaq üçün BMT və Fransadan kömək istəmişdi.

Ötən il baş vermiş hərbi çevrilişdən sonra ölkədə qeyri-sabitlik yaranıb və bundan istifadə edən islamçılar və Tuareq tayfası ölkənin şimaləında üsyan qaldırıb.

Mali əvvəllər Fransanın keçmiş müstəmləkəsi olub.
Fransa prezidenti Francois Hollande cümə günü bəyan edib ki, narkotik alverçiləri və terrorçu qrupların təcavüzünə son qoyulmalıdır.

ABŞ rəsmiləri bəyan edib ki, Pentaqon Fransa qüvvələrinə maaddi-rexniki və digər yardımlar göstərilməsinin mümkünlüyünə baxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG