Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:50

Fransa Malidə hərbi əməliyyatlara başladı


-

Fransa prezidenti Francois Hollande bildirib ki, onun ölkəsi Malinin şimalında hərbi əməliyyatlara başlayıb. Prezident yanvarın 11-də jurnalistlərə bildirib ki, əməliyyat “lazım olan müddətə” qədər davam edəcək.

Fransa bu Qərbi Afrika ölkəsində Al-Qaeda-ya bağlı islamçı yaraqlılara qarşı mübarizə üçün beynəlxalq diplomatik kanallarları da işə salmışdı.

Keçən il yaraqlılar Malinin şimalında ölkənin 3-də ikisinə nəzarəti ələ alıblar.
BMT Təhlükəsizlik Şurası Avropa ölkələrinin rəhbərliyi ilə bölgəyə Afrikanın müxtəlif dövlətlərindən hərbi qüvvələr cəlb edilməsinə razılıq verib.

Bu həftə isə yaraqlılar ölkənin cənubuna doğru hərəkətə başlayıb daha bir şəhəri ələ keçirdiklərindən Mali hökuməti hərbi yardım üçün Fransaya müraciət edib.
XS
SM
MD
LG