Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:58

Keçmiş nazir istintaqa danışmaqdan imtina edir



Korrupsiya ittihamları üzrə şahid kimi istintaqa cəlb edilən Rusiyanın keçmiş Müdafiə naziri Anatoly Serdykov ikinci dəfə müstəntiqlərin suallarına cavab verməkdən imtina edib.

Keçmiş nazir yanvarın 11-də yenə də vəkilinin xəstə olduğu üçün dindirmədə iştirak etmədiyini əsas gətirərək ifadə verməkdən imtina edib. O bildirib ki, indi dediklərinin gələcəkdə əleyhinə istifadə oluna bilməməsi üçün yalnız vəkilinin iştirakı ilə danışacaq.
Eyni əsasla dekabr ayında da Serydkov ifadə verməkdən imtina etmişdi.

İndi prokurorlar keçmiş nazirin bu hərəkətlərinin istintaqın gedişinə mane olmaq cəhdi kimi qiymətləndirilə biləcəyini deyirlər.

Keçən il noyabrın əvvəlində Anatoly Serdykov-un köməkçisi olan qadın Müdafiə Nazirliyinə məxsus olan əmlakın dəyərindən ucuz satılması, buna görə də dövlətin 100 milyon dollar ziyana düşməsi ittihamları ilə saxlanıb.

Bu qalmaqaldan sonra nazir də istefa verməyə məcbur olub. Amma hələlik keçmiş nazir bu iş üzrə şahid kimi istintaqa cəlb edilib.
XS
SM
MD
LG