Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:12

Keçmiş Müdafiə naziri girov müqabilində azad edildi



11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Gürcüstanın keçmiş Müdafiə naziri İrakli Okruashvili girov müqabilində azad edilib.

Korrupsiya ittihamları ilə üzləşmiş keçmiş nazir 2007-ci ildə Gürcüstanı tərk etmişdi. 2008-ci ildə isə onun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qiyabi məhkəmə hökmü çıxarılmışdı.

5 il Avropa ölkələrində gizlənən keçmiş nazir keçən ilin noyabrında Tbilisiyə dönmüş və elə hava limanında da həbs edilmişdi.

Bir neçə gün əvvəl Tbilisi məhkəməsi onun 11 il azadlıqdan məhrum olunması barədə hökmü ləğv edib. Respublika Prokurorluğu bildirib ki, Okruashvili haqqında qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı ləğv edilir. Amma keçmiş nazirə qarşı qanunsuz silahlı dəstə yaratmaq və vəzifə səhlənkarlığı ittihamları hələ qalır. Yanvarın 11-də isə o, məhkəmənin qərarı ilə girov müqabilində azadlığa çıxıb.
XS
SM
MD
LG