Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:24

Səudiyyədə ilk dəfə qadınlar yüksək vəzifəyə təyin ediliblər



Səudiyyə Ərəbistanı kralı ölkənin Ali Məşvərət Şurasının üzvlərini təyin edib. Kral Abdullanın yanvarın 11-də imzaladığı sərəncamla 150 nəfərlik Şura üzvlərindən 30-u qadın təyin edilib.
Bu Şura hökumətə məsləhətlər verir və qanunvericiliyə nəzarət edir. Qurumun üzvlərinin hamısını kral təyin edir.

Amma yeni qadın üzvlər Şurada iclas salonunda kişi həmkarlarından ayrı oturacaqlar, hətta binaya onlar üçün müəyyən edilən ayrıca qapıdan daxil olacaqlar.

Kralın qərarı ilə 2015-ci ildə bu ölkədə qadınlar da səs vermək və yerli bələdiyyələrə seçilmək hüququna sahib olacaqlar.

Sərt islam qaydalarının hökm sürdüyü Səudiyyə Ərəbistanında qadınlar ciddi məhdudiyyətlər içində yaşayırlar. Məsələn, təkbaşına səfərlərə gedə, işləyə, bank hesabı aça bilməzlər. Bunun üçün mütləq onların yaxınları olan kişilərin icazəsi lazım olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG