Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:09

Saakashvili istintaq altında olan adamı qubernator təyin etdi


Gürcüstan prezidenti Mikheil Saakashvili indiki hökumətin vəzifədən sui-istifadə ittihamı ilə istintaqa cəlb etdiyi Daxili İşlər Nazirliyinin keçmiş yüksək rütbəli zabitini ölkənin şimal rayonlarından birinə qubernator təyin edib.

Daxili İşlər Nazirliyinin Baş Axtarış Departamentinin rəhbəri olmuş Tengiz Gunava son aylar iki dəfə saxlanmış, ikisində də girov müqabilində azadlığa buraxılmışdı. Prezident sərəncamında Gunavanı “2008-ci ildə Rusiya ilə müharibənin qəhrəmanı” adlandırıb.

Prezidentin onu qubernator təyin etməsindən dərhal sonra Baş prokurorluq bəyan edib ki, Gunava əleyhinə istintaq işləri yekunlaşıb və iş baxılmaq üçün məhkəməyə göndərilir.

Bu ilin oktyabrında keçirilən parlament seçkisində Sakkashvilinin partiyası uduzandan sonra milyarder Bdzina İvanishvilinin rəhbərlik etdiyi Gürcü Arzusu müxalifət koalisiya hakimiyyət başına gəlib. Yeni hökumətin formalaşmasından dərhal sonra isə prezidentin tərəfdarları olan əvvəlki hökumət rəsmiləri həbs edilməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG