Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

Pakistanda partlayışlarda 115 nəfər həlak olub


Yanvarın 10-da Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətinin mərkəzi Quetta şəhərində törədilən partlayışlarda azı 115 nəfər həlak olub, onlarla adam da yaralanıb.

Rəsmilər hadisədə təriqət və separatçı yaraqlı qrupların əli olduğunu güman edirlər.

Bilyard klubunda törədilən və əsasən şiələrin hədəfə alındığı partlayışda 80-dən çox adam həlak olub. Bu hücuma görə məsuliyyəti Lashkar-eJhangvi adlı sünni qruplaşması öz üzərinə götürüb.

Bundan bir qədər əvvəl şəhərdə törədilən və 11 nəfərin ölümünə səbəb olan partlayışın məsuliyyətini isə Vahid Bəluc Ordusu adlı separatçı qrup öz üzərinə götürüb.
Svat Dərəsində 22 nəfərin ölümünə səbəb olan partlayışda isə Talibanın əli olduğu güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG