Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:03

Çex Respublikasında prezident seçkisi keçirilir



Yanvarın 11-də və 12-də Çex Respublikasında prezident seçkisi keçirilir. İndiki prezident Vaclav Klaus iki dəfə 5 illik müddətə prezident olub, onun 3-cü müddətə namizədliyini vermək hüququ olmayıb. 71 yaşlı Klaus indiyə qədər ölkəsinin Avropa Birliyinə daha çox inteqrasiyası qarşı çıxışları ilə diqqəti çəkib.

Seçkidən əvvəl keçirilən rəy sorğuları iki keçmiş Baş nazirin – Jan Fischer və Milos Zeman-ın öndə olduqlarını göstərir. 3-cü yerdə isə bədəninin 90 faizi döymələrlə dolu olan bəstəkar Vladimir Franz gəlir.

Seçkidə ümumilikdə 9 namizəd qatılıb. İki həftə sonra seçkinin ikinci turu keçiriləcək və orada birinci seçkidə ən çox səs toplayan ilk iki namizəd iştirak edəcək.

Çex Respublikasında prezidentlər ölkənin günlük həyatında az rol oynayırlar. Amma mühüm vəzifələrə kimlərin təyin olunmasında ciddi təsirə, qanunlara veto qoymaq və amnistiya vermək hüququna malikdirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG