Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:54

Karzai Vaşinqtonda Obama ilə görüşür



Əfqanıstan prezidenti Hamid Karzai yanvarın 11-də Vaşinqtonda prezident Barack Obama ilə görüşür. Prezidentlərin 2014-cü ildə beynəlxalq anti-terror koalisiyasının çıxmasından sonra Əfqanıstanda qalacaq ABŞ əsgərlərinin sayını müzakirə edəcəkləri gözlənir.

ABŞ-ın müdafiə naziri Leon Panetta Pentaqonda prezident Karzai ilə görüşdən sonra bildirib ki, artıq onlar özünü idarə edən və təhlükəsizliyini təmin edən suveren Əfqanıstanda qurula biləcək ABŞ missiyası ilə bağlı razılaşma layihəsinin müzakirəsini yekunlaşdırılar.

Rəsmilər Dövlət Katibi Hillary Clintonla görüşündə də Əfqanıstan prezidentinin Talibanla danışıqların gedişini və 2014-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərini müzakirə edəcəyini deyirlər.
XS
SM
MD
LG