Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:54

Əsgər ölümlərinə reaksiyalar… [Video]


Yazıçı-publisist Mehriban Vəzir və deputat Qənirə Paşayeva bu haqda fikirlərini bölüşürlər.

-


Mehriban Vəzir:

«Bıçaq sümüyə dayanma məsələsi var. Hələ bizə məlum olan, çap olunan, araşdırılan statistikanın özü bir həqiqət deyil. Gizlədilmiş rəqəmlər var burda. Təkcə ölümlə bitmir orduda olan problemlər. Bunun xəstəlikləri var, ac qalmağı var, müxtəlif infeksiyalara yoluxması var. Uşaqların əksəriyyəti vərəmlə, böyrək çatışmazlığı ilə qayıdırlar. Onların yeməklərini oğurlayırlar. Zabitlər paltarlarını oğurlayırlar. Tutaq ki, kimsə tutulur, kiminsə rütbəsi aşağı salınır. Bütün hadisələrdə belə şeylər baş verir. Zabitlər cəzalanır. Yaxşı, bu zabitləri cəzalandıranları kim cəzalandıracaq? Axı bu cəzalanan zabitlər bu sistemin müəllifi deyil. Onlar özləri də sistemin, rejimin qurbanlarıdır. Səfər Əbiyevin özünü kim cəzalandıracaq? Ali baş komandan dediyimizin özünü kim cəzalandıracaq? Orduda baş verənlərin əsas səbəbkarı birmənalı olaraq bu hakimiyyətdir...».

Qənirə Paşayeva:

«Siyasi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, hər bir əsgərimiz, zabitimiz dəyərli və qiymətlidir. Onların hər birinin itkisində cəmiyyətin marağı və diqqəti olmalıdır. Biz bu məsələlərə hansısa bir siyasi maraqlarımıza, siyasi baxışlarımıza görə yanaşmamalıyıq. Əsgər və zabitimizi itiririksə və bu ölüm döyüş şəraiti zamanı baş verməyibsə, təbii ki, bu ölüm cəmiyyəti narahat edir. Bu narahatlıq çox normal məsələdir. Cəmiyyətin bu hadisələrin araşdırılması, burda günahkarların cəzalandırılması tam doğun məlumat almaq istəyi də çox normaldır. Ordu sistemi, Müdafiə Nazirliyi belə məsələlərdə cəmiyyətlə daha da açıq olmalıdır. Əsgər ölümləri, onların istintaqı haqda cəmiyyət məlumatlandırılmalıdır. Cəzalanma sisteminin olması bu halların qarşısının alınması üçün ən əsas faktorlardan biridir...».
XS
SM
MD
LG