Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:39

«Nabucco» və «Şahdəniz» konsorsiumu arasında razılıq əldə olunub


Foto arxiv
Foto arxiv
«Nabucco» şirkəti ilə «Şahdəniz» konsorsiumu arasında əməkdaşlıq barədə razılıq əldə olunub.

«Nabucco» şirkətinin məlumatına görə, «Nabucco» , onun səhmdarları OMV, «BOTAŞ»,
BEH, «Transgaz», RWE, FGSZ və potensial investorlar olan ARDNŞ, BP, «Statoil» və «Total» şirkətləri bəzi prinsiplər üzrə razılığa gəliblər.

Məlumata görə, bura «Şahdəniz» qazının Avropaya ixrac marşrutunun seçimədək «Nabucco West»in hazırlanma xərclərinin birgə maliyyələşdirilməsi, sərfəli marşurut seçiminin ardınca potensial investorlara Nabuccoda səhmdar kimi iştirak etmək üçün 50%-lik pay verilməsi daxildir.

Həmçinin, «Şahdəniz» konsorsiumu, «Nabucco» və onun səhmdarları «Nabucco West»in sonrakı inkişafı və «Şahdəniz-2» yatağı ilə bağlı əməkdaşlıq müqaviləsində razılığa gəliblər.

Məlumata görə, yaxın vaxtlarda Vyanada tərəflər arasında müqavilə imzalanacağı gözlənilir.

«Şahdəniz» qazının Avropaya ixracı ilə bağlı son qərarı isə 2013-cü il iyunun 30-da «Şahdəniz» konsorsiumu verməlidir.
XS
SM
MD
LG