Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:23
-

Ermənistan birtərəfli qaydada Avropa Birliyi və Şengen zonasına daxil olan ölkələrə qarşı viza rejimini ləğv edib. Qanun artıq yanvarın 10-dan qüvvəyə minib.

Sənədə əsasən, bu ölkələrinin vətəndaşları il ərzində Ermənistanda 90 gün vizasız qala bilərlər.

Latviya vətəndaşları üçün isə bu müddət 180 gündür.

Ötən il dekabrın 17-də Brüsseldə Ermənistanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında razılaşma imzalanıb.

Sənəddə ilkin olaraq məktəblilər, tələbələr, alimlər, jurnalistlər, biznesmenlər və Avropada qohumları olan Ermənistan vətəndaşlarının Avropa ölkələrinə daxil olmasının asanlaşdırılması nəzərdə tutulur.

Ermənistan vətəndaşları üçün vizanın qiyməti də 35 avroya endiriləcək, uşaqlar və pensiyaçılar üçün isə pulsuz olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG