Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:10

Dini mərkəz İslam partiyasının həbsdə olan liderinin səhhətindən narahatdır


Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədovun səhhəti ilə bağlı bəyanat yayıb.

Sənəddə M.Səmədovun səhhəti haqda vəkilinə belə heç bir məlumat verilmədiyi bildirilir.
Məhkumun yaxınları son bir ayda onun ürəyinin arxa damarlarında qan çatışmazlığı yarandığını deyirlər.
Mərkəz M.Səmədovun səhətindən narahatlıq bildirir.

Bəyanat müəllifləri AİP sədrinin səhhəti ilə bağlı obyektiv tibbi komissiya yaradılması, lazımi müayinə edilməsi və müalicəyə başlanması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılmasını təklif edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG