Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:35

Azərbaycan diplomatlarının xərclərinə nəzarət artır


Arxiv foto: müxtəlif ölkələrin pullarından nümunələr.
Arxiv foto: müxtəlif ölkələrin pullarından nümunələr.
-

Nazirlər kabinetinin yanvarın 8-də qəbul etdiyi qərara görə diplomatlar hər ay təmsilçilik xərcləri üçün verilən pulu hara xərclədiklərinə dair yazılı hesab verəcəklər. Əks halda növbəti aydan bu pul kəsiləcək.

Prezident İlham Əliyevin 2012-ci il 25 sentyabr tarixli sərəncamı ilə ölkənin xarici ölkələrdəki nümayəndəliklərində çalışan işçilərin əməkhaqları müəyyən edilib. Həmin sərəncama görə diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinə səlahiyyətlərinin icrası ilə bağlı əməkhaqlarının 25, "müşavir elçi", "daimi nümayəndənin müavini", "müşavir", "konsul" və "birinci katib" vəzifələrini tutanlara 15, digər vəzifələri tutan diplomatik xidmət əməkdaşlarına isə əməkhaqlarının 10 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilib.

Nazirlər Kabinetinin qərarına görə diplomatik işçilər həmin pulları yalnız aşağıdakı sahələrə xərcləyə bilərlər:

- ikitərəfli və çoxtərəfli işgüzar görüşlərin keçirilməsi, müxtəlif ictimai-iaşə obyektlərində dəvət olunan qonaqların qəbulu, ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması, otaqların icarəyə götürülməsi, masanın bəzədilməsi üçün birdəfəlik istifadə olunan əşyaların alınması, qabların və yemək servis dəstlərinin icarəyə götürülməsi və alınması;

- diplomatik nümayəndəliyin rəhbərinin razılığı ilə diplomatik xidmət əməkdaşının mənzilində təşkil olunan işgüzar ziyafətlərin keçirilməsi;

- cəlb edilmiş tərcüməçilərin xidmət haqlarının ödənilməsi;

- hədiyyələrin (suvenir, güllər və s.) alınması və onların qablaşdırılması;

- dəvətnamələrin və təbrik açıqcalarının alınması və göndərilməsi;

- diplomatların və onların ailə üzvlərinin mədəni tədbirlərdə iştirakı;

- diplomatik xidmət əməkdaşına və onun ailə üzvlərinə tədbirlərdə iştirak üçün tələb olunan müvafiq nümayəndəlik libasının icarəyə götürülməsi və ya alınması;

- vizit kartlarının hazırlanması.

Diplomatik xidmət əməkdaşlarına müəyyən edilmiş təmsilçilik pulları yalnız yuxarıda qeyd edilən yerlərə xərclənə bilər. Həmin xərclərə görə diplomatın özü ilə yanaşı, onun çalışdığı diplomatik nümayəndəliyin rəhbəri də məsuliyyət daşıyır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG