Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:56
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə hazırlıq iclası davam edib.

Vəkil Ramiz Məmmədov məhkəmənin dövlətə xəyanət ittihamı ilə bağlı hissəsinin qapalı keçirilməsi barədə qərar qəbul edildiyini deyir.

Ramiz Məmmədov deyir ki, hakim həbs-qəti imkan tədbirinin dəyişdirilməsi də daxil olmaqla, onların qaldırdığı vəsadətlərdən heç birini təmin etməyib.

Məhkəmə prosesi yanvarın 23-ə təyin edilib.

Hilal Məmmədov ötən il iyunun 21-də saxlanıb.
O, dövlətə xəyanət, milli, irqi, sosial və dini nifrət yaratmaq, qanunsuz narkotik vasitələr saxlama və satmaqda ittiham olunur.

Təqsiri sübuta yetirilərsə, o, 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Müdafiə tərəfi işinin qurama olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG