Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:11
-
Xalq yazıçısı Elçin Əfəndiyevin «Mahmud və Məryəm» romanı əsasında ekranlaşdırılan eyniadlı filmin prodüseri Sevda Kayğısız belə deyib.

Xəbəri Mədəniyyət və Turizm İdarəsinin saytı yayıb.

Filmin martın 22-dən Bakı kinoteatrlarında nümayiş olunacağı bildirilir.

FİLM ÇOX YÜKSƏK SƏVİYYƏDƏ ALINIB

Sevda Kayğısız filmin ilk fraqmanının artıq hazır olduğunu söyləyib:

«Film çox yüksək səviyyədə alınıb və tamaşaçıların böyük marağına səbəb olacaq. Filmin Azərbaycan və Türkiyədə, eyni zamanda bir neçə ölkədə də təqdimatının keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, filmə çəkdiyimiz əziyyətə dəyər. Bu film iki qardaş ölkənin müştərək işidir və biz hər şeyin mükəmməl alınması üçün çox əziyyət çəkmişik».

GƏNCƏLİ ZİYAD XANIN OĞLU İLƏ KEŞİŞ QIZININ SEVGİSİ…

Ekran əsəri Azərbaycan və Türkiyənin ilk müştərək kino layihəsidir.

Türkiyənin «24 Kare» şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir. Mahmud Gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşiş qızıdır.

İki gəncin sevgisinə mane olan mürtəce fikirli Qara Keşişdir. Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb.

FİLM 9 AVROPA ÖLKƏSİNDƏ DƏ GÖSTƏRİLƏCƏK

Çəkilişləri Şəkidə başlanan və Türkiyədə davam edən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıb.

Mehmet Ada Özteki-nin rejissorluğu ilə lentə alınan filmin çəkilişləri ötən il aparılıb.

«Mahmud və Məryəm»in Azərbaycan, Türkiyə, o cümlədən Avropanın 9 ölkəsindəki kinoteatrlarda ekranlara çıxarılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG