Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:35

Brahimi: " Mümkün keçid hökumətində Bashar Assada yer yoxdur"


 Lakhdar Brahimi
Lakhdar Brahimi
“Suriya prezidenti Bashar Assada ölkədə yaradıla biləcək keçid hökumətində yer yoxdur”.
Bunu BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi Reutersə müsahibəsində deyib.

Brahimi həmçinin bundan əvvəl BBC-ə müsahibəsində deyib ki, suriyalıların əksəriyyəti 40 illik ailə hakimiyyətini həddən artıq uzun sayır və ölkədə real dəyişiklik olmalıdır.

Bashar Assad 2000-ci ildə hakimiyyətə gəlib.
Bundan əvvəl isə ölkəni 30 il onun atası Hafez Assad idarə edib.

Brahimi həmçinin Bashar Assadın müxalifətlə danışıqlara getməməsi və onları cinayətkar adlandırmasını tənqid edib.

O sabah Cenevrədə ABŞ və Rusiya nümayəndələri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.

BMT-nin məlumatına görə, 2011-ci ilin martından bu yana ölkədə gedən toqquşmalarda 60 mindən çox adam ölüb.
XS
SM
MD
LG