Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

Hüquq müdafiəçisi MTN tərəfindən təhdid olunduğunu deyir


Elçin Namazov
Elçin Namazov
-

Hüquq müdafiəçisi Ramiz Mehdiyevlə bağlı Baş Prokurorluğa müraciətdən sonra Milli təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən təhdid olunduğunu bildirir. MTN isə təhdidləri təkzib edir.

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun (HAMİ) rəhbəri Elçin Namazov təhlükə ilə üzləşdiyini bildirir.

Onun AzadlıqRadiosuna göndərdiyi məktubda deyilir ki, yanvarın 8-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev barədə Baş Prokurorluğa müraciət edəndən az sonra Milli Təhlükəsizlik Nazirliyi onun barəsində əməliyyata başlayıb:

«Həmin gün MTN əməkdaşları bizim aparıcı üzvlərindən birinə zəng edərək görüşə dəvət ediblər. Görüşdə MTN-nin 3 əməkdaşı iştirak edib. Üzvünə təklif olunub ki, mənim əleyhimə hazırlanan əməliyyatda iştirak etsin. Üzvümüzə deyiblər ki, sən Elçin Namazovla birgə rüşvət aldığın barədə bizə məlumat verəcəksən, biz də sənə toxunmayıb onu həbs edəcəyik. Üzvümüz təklifdən imtina edərək, bu barədə mənə məlumat verəcəyini bildirib.

Bundan sonra ona bu «əməkdaşlığın» qarşılığında avtomobil verəcəklərini bildiriblər. Lakin o razılaşmayıb. Bundan sonra danışıqlar iyrənc formaya keçib».

İYNƏ VURULACAQ Kİ, UŞAQ ÖLÜ DOĞULSUN...

Mili Təhlükəsizlik Nazirliyi
Mili Təhlükəsizlik Nazirliyi
Elçin Namazov AzadlıqRadiosuna müsahibəsində deyib ki, həmin əməkdaşı təklifdən imtina edəcəyi halda xəstəxanada yatan hamilə həyat yoldaşına zəhərli tərkibdə iynə vurulacağı ilə hədələyiblər.

«Ona yoldaşının hamilə olduğunu və xəstəxanada yatdığını xatırladıblar. Deyiblər ki, əgər razılaşmasan tapşıracağıq yoldaşına elə bir iynə vurulacaq ki, uşaq ölü doğulsun».

Elçin Namazov əməliyyatı icra edən şəxsin kimliyi ona məlum olduğunu deyir.

«Bu şəxsin kimliyi bütün detalları ilə bizə məlumdur. Hələlik yalnız onu açıqlamaq istəyirəm ki, həmin şəxs icra başçılarından birinin qardaşı oğlu, həmçinin nazirlərdən birinin yaxın qohumudur».

Hüquq müdafiəçisi deyir ki, əməliyyatın Ramiz Mehdiyev barədə edilən müraciətə görə hazırlanmasını həmin şəxslərin özləri etiraf ediblər.

«Onlar təklifin qəbul ediləcəyinə əmin olduqlarından bütün detalları danışıblar. Onlar deyiblər ki, Ramiz müəllimdən şikayət etmək nədir, onu göstərəcəyik».

Elçin Namazov məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edəcəklərini bildirir.

MTN: BİZİM ƏMƏKDAŞLARIMIZ ELƏ BİR HƏRƏKƏT ETMƏZLƏR

Milli Təhlükəsizlik Nazirliyinin sözçücü Arif Babayev AzadlıqRadiosuna müsahibəsində deyilənlərin inandırıcı olmadığını bildirib.

«Bu yalan söhbətdir, elə bir şey yoxdur. Bizim əməkdaşlarımız elə bir hərəkət etməzlər».

HƏDƏLƏNƏN ŞƏXS YENİDƏN GÖRÜŞƏ ÇAĞIRILIB VƏ...

Elçin Namazovun sonradan AzadlıqRadiosuna verdiyi məlumata görə, məsələ sosial şəbəkələrdə yayılandan sonra həmin şəxslər hədələnən əməkdaşlarını yenidən görüşə çağırıblar və ortada anlaşılmazlıq olduğunu deyiblər. Onu digər bir şəxslə səhv saldıqlarını bildiriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG